XƏBƏR LENTİ
08 Mart 2021
04 Mart 2021
03 Mart 2021
02 Mart 2021
26 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
19 Fevral 2021



Tokio-2020 Təşkilat Komitəsinin rəhbəri sözlərinə görə üzr istədi
Olimpiya oyunları 11:30 / 04.02.2021
Tokio-2020 Təşkilat Komitəsinin rəhbəri və Yaponiyanın sabiq Baş naziri Yesiro Mori ayrıseçkilik ifadələrinə görə açıq şəkildə üzr istəyib. Y.Mori üzrxahlıq sözlərini baş verən qalmaqal ilə bağlı təşkil olunan təcili mətbuat konfransında bildirib.
"Mənim fikirlərim son dərəcə yersiz idi, mən sözlərimi geri götürmək və üzr diləmək istəyirəm”, - deyə Y.Mori qeyd edib. Eyni zamanda əvvəllər Yaponiyanın Baş naziri vəzifəsində çalışmış Təşkilat Komitəsinin rəhbəri yaranmış vəziyyətlə bağlı "istefa barədə düşünmədiyini” vurğulayıb. O, həmçinin hər gün Yaponiyada və bütün dünyada Olimpiya və İdman hərəkatlarının inkişafı naminə çalışan bütün qadınlara təşəkkür edib.
Xatırladaq ki, Y.Morinin idman komitələrində və federasiyalarda qadınların sayının artması səbəbinə görə iclasların daha çox keçməsinə gətirib çıxartması ilə bağlı sözləri sosial şəbəkələrdə ictimai rezonans və tənqid yaradıb. Hətta Yesiro Mori uzun müddət rəhbərlik etdiyi Yapon reqbi Federasiyasını misal olarq göstərib. Keçmiş hökumət başçısının sözlərinə görə, federasiyanın iclasları tərkibində qadınların sayının artması səbəbindən iki dəfə daha çox keçirilib.
Yaponiyanın İctimai Televiziyasının məlumatına görə, Tokio-2020 Təşkilat Komitəsinin iclasında iştirak edən 50-yə yaxın insandan heç biri Y.Morinin fikirlərini şərh etməyib və ona etiraz etməyə cəhd göstərməyib. Sosial şəbəkələrdə yaranan hiddət dalğası onun ayrıseçkiliyə görə istefaya getməyə çağırışlar səsləndirildi.
Qeyd edək ki, Təşkilat Komitəsinin iclasının mövzusu onun nizamnaməsində hazırlanan islahat idi ki, bu da komitənin tərkibində qadınların sayını 40 faizə qədər artırmalıdır.

2546 oxunub

InvestAZ