XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Olimpiya çempionu həbs oluna bilər
İdman 11:47 / 18.11.2020
Maneələri dəf etməklə 3 000 metr məsafəyə qaçış üzrə keniyalı olimpiya çempionu Kokseslus Kipruto 15 yaşlı qızı ləkələməkdə günahlandırılır.
25 yaşlı atlet Keniyanın Kapsabet şəhərində 16 yaşdan kiçik qızla cinsi əlaqədə olduğu üçün 20 il həbs cəzası ilə üzləşə bilər. Kipruto günahsız olduğunu iddia edir. O, məhkəməyə qədər 1 800 ABŞ dolları girov müqabilində sərbəst buraxılıb. Qohumları 15 yaşlı qız evdən qaçaraq Kiprutonun yanında üç gün qaldıqdan sonra şikayət ediblər. İdmançı sevgilisinin yetkin olduğunu iddia edərək onu aldatdığını bildirib.
Qeyd edək ki, Kokseslus Kipruto polis zabitidir. O, Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Atlet 2017 və 2019-cu il dünya çempionatlarının da qalibi olub.


19977 oxunub

InvestAZ