XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Rusiyalı ağırlıqqaldıranlar diskvalifikasiya edilib
İdman 10:08 / 09.10.2020

Rusiyanın altı ağırlıqqaldıranı antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya edilib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib. Onların arasında 2012-ci ildə keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı 32 yaşlı Ruslan Albeqov (4 il), 28 yaşlı dünya çempionu Tima Turiyeva (4 il) və 38 yaşlı vitse-dünya çempionu Dmitri Lapikov (8 il) var. Həmçinin Avropa vitse-çempionları 29 yaşlı Yuliya Konovalova (4 il), 32 yaşlı Maksim Şeyko (6 il) və 28 yaşlı Yeqor Klimonov (4 il) da diskvalifikasiya olunanlar arasındadırlar.
Xatırladaq ki, 2019-cu ilin avqust ayında rusiyalı idmançılar Moskva Antidopinq Laboratoriyasının məlumatlarına əsasən, müvəqqəti olaraq yarışlardan kənarlaşdırılmışdılar.


29410 oxunub

InvestAZ