XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



“Qarabağ” bu gün “Molde” klubu ilə üz-üzə gələcək
İdman 13:29 / 16.09.2020

Bu gün Ağdamın "Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin "Molde” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki "AEK Arena” stadionunda olacaq.
Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Scran Yovanoviç olacaq.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın "Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.
"Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın "Cele” klublarından güclü olub - 2:1.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Dinamo” (Zaqreb, Xorvatiya) – "Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.


61237 oxunub

InvestAZ