XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



Ramin Musayev yenidən Peşəkar Futbol Liqasının prezidenti seçilib
İdman 13:00 / 14.09.2020
Sentyabrın 14-də AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçkilər keçirilib.
Səsvermə prosesində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.
Tədbirdə "Qarabağ”ı direktor Emrah Çelikel, "Neftçi” və "Qəbələ” klublarını müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, "Keşlə” və "Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, "Zirə” və "Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər. "Sumqayıt”ı təmsil etməli olan nümayəndə səsverməyə qatılmasa da, rəsmi məktubla hazırkı prezidentə səs verdiyi ifadə edib.
Seçkidə klubların nümayəndələri yekdilliklə Ramin Musayevə səs veriblər. Beləliklə, Ramin Musayev növbəti dəfə dörd il müddətə Peşəkar Futbol Liqasına rəhbərlik edəcək.

 

 

52759 oxunub

InvestAZ