XƏBƏR LENTİ
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sabah”a qarşı
İdman 12:46 / 13.09.2020
Bu gün Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək. Günün yeganə matçı Bakıda baş tutacaq. Masazırdakı "Bank Respublika Arena”dakı qarşılaşmada "Sabah” "Qəbələ”ni qəbul edəcək. Mövsümə məğlubiyyətlə başlayan Visente Qomesin yetirmələri ilk ev oyununda qalib gəlməyə çalışacaq. Ötən tur heç-heçə edən Elmar Baxşıyevin komandası isə səfərdə uğurlu nəticəyə köklənib.
Qeyd edək ki, turun ilk günündə "Neftçi” "Sumqayıt”a 0:2 hesabı ilə uduzub, "Keşlə” – "Qarabağ” matçında qol vurulmayıb. Dünən isə "Zirə” səfərdə "Səbail”ə qalib gəlib – 2:1.

36831 oxunub

InvestAZ