XƏBƏR LENTİ
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



Cüdoçularımız “Gündoğar ölkə”də təlim-məşq prosesində iştirak edirlər
İdman 11:22 / 03.12.2019

Azərbaycanın cüdo üzrə kişilərdən və qadınlardan ibarət milli komandalarının aparıcı üzvləri Yaponiyada təlim-məşq toplanışındadırlar.
İdmançılarımız baş məşqçilər Ruslan Maşurenko, Rəşad Məmmədov və məşqçi Elxan Məmmədovun rəhbərliyi ilə gündə iki dəfə məşq edirlər. Tokiodakı toplanışda Kəramət Hüseynov, Oruc Vəlizadə, İbrahim Əliyev, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşangi Kokauri, İçinxorloo Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva qoşulublar.
Cüdoçularımızın bu il sonuncu ciddi sınağı dekabrın 12-dən 15-dək Çində keçiriləcək nüfuzlu "Masters” yarışı olacaq.
Dünyanın ən güclü cüdoçularının qatılacaqları beynəlxalq turnir Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

36543 oxunub

InvestAZ