XƏBƏR LENTİ
10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020
07 Avqust 2020
06 Avqust 2020



XXI Respublika Spartakiadasının qalibi olan komanda mükafatlandırıldı
İdman 11:09 / 29.11.2019

"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının "Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş XXI Respublika Spartakiadasına yekun vurulub. 10 idman növü (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat, güllə atıcılığı) üzrə keçirilən yarışların yekununda birinci yerə Aviasiya İşçiləri Hİ RK-nın komandası layiq görülüb. Metropoliten İşçiləri Hİ-nin komandası ikinci yerə sahib çıxıb. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK-ın komandası isə üçüncü yeri tutub.
Noyabrın 29-da Milli Aviasiya Akademiyasının akt zalında spartakiadanın qalibi olan komandaya mükafatlar  təqdim edilib. 
Tədbirdə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Beynəlxalq Aviasiya Komitəsinin sədri Bəkir Yusifov, "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Bəkir Yusifov respublika spartakiadasının uğurla keçirildiyini qeyd edərək, müxtəlif idman növləri üzrə yarışlarda parlaq qələbələr qazanıldığını diqqətə çatdırıb. Aviasiya İşçiləri Hİ RK-nın komandasının birinci olduğunu qeyd edən Bəkir Yusifov bu uğuru yüksək nəticə kimi dəyərləndirib və iştirakçıları təbrik edib. Çıxışında idman sahəsində qazanılan uğurlardan danışan Komitə sədri Azərbaycanın dünyada idman ölkəsi kimi böyük nüfuza malik olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Fazil Hadıbəyov qonaqları salamlayaraq XXI Spartakiada haqqında məlumat verib. Bildirilib ki, Həmkarlar İttifaqının 7 komitəsindən 6-sı spartakiadada iştirak edib. "Spartakiada 10 idman növü üzrə keçirildi. Bu idman növlərində 4-ü Milli Aviasiya Akademiyasının yarış zalında təşkil olundu. Digər idman növləri isə müxtəlif idman bazalarında keçirildi. Spartakiadanın keçirilməsində göstərilən dəstəyə görə Milli Aviasiya Akademiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Aviasiya İşçiləri Hİ RK-nın komandası bu yarışda daha fəal iştirak edərək birinci yerə layiq görüldü. Metropoliten İşçiləri Hİ-nin komandası ikinci, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK-ın komandası isə üçüncü oldu. Bütün qalibləri bu qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayıram”, - deyə Fazil Hadıbəyov bildirib.
Sonra "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov Aviasiya İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Bəkir Yusifovu XXI Respublika Spartakiadasının qalibi oması münasibəti ilə diplom və qiymətli hədiyyə ilə təltif edib.
Məlumat üçün bildirək ki, spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçularının asudə vaxtını səmərəli keçirməkdən ibarət olub.

3909 oxunub

InvestAZ