XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Qrossmeysterimiz üçün həlledici partiya
İdman 15:03 / 03.10.2019

Oktyabrın 3-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında dördüncü partiya oynanılacaq. Bu partiyada qalib müəyyənləşməsə oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək.
Bu mərhələnin ilk görüşündə heç-heçə edən, lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada rəqibini 45-ci gedişdə məğlub edib. O, bu qələbə sayəsində rəqibi ilə hesabı bərabərləşdirib.
Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub.
Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.
Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.
Turnirin mükafat fondu 1,6 milyon dollardır.

31067 oxunub

InvestAZ