XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Cüdoçumuz İslamiadada bürünc medal qazandı
İdman 19:30 / 08.11.2025

Azərbaycan cüdoçusu Aydan Vəliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə özbəkistanlı Muxayyo Axmatovaya qalib gəlib.

Xatırladaq ki, daha əvvəl digər cüdoçumuz Könül Əliyeva (-48 kq) gümüş medal qazanmışdı.

Qeyd edək ki, görüşü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.


3028 oxunub

InvestAZ