XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



 Yeddiqat Olimpiya çempionu: “Məni tribunada görsəniz, məyus olmayın”
İdman 20:37 / 23.04.2025

Bədii gimnastika üzrə yeddiqat Olimpiya, iyirmi üçqat dünya çempionu amerikalı Simone Baylz Los Anceles-2028-də iştirakı ilə bağlı açıqlama verib. "Çoxları hesab edir ki, olimpiadaya hazırlaşmaq üçün bir il kifayət edir. Qətiyyən bunu qəbul etmirəm. Oyunlara qədər dörd il dayanmaq olmaz. Əlbəttə, mən öz vətənimdə olacağam. Yekun qərar verə bilmərəm. Məni ya mübarizə meydanında, ya da tribunada görə bilərsiniz. Məni tribunada görsəniz, məyus olmayın”, - deyə "LEquipe” S.Baylzdan sitat gətirib.

Məlumat üçün bildirək ki, 2024-cü il Paris Olimpiadasında Simona komanda və fərdi çoxnövçülükdə, həmçinin dayaqla tullanmada çempion olmaqla üç qızıl medal qazanıb. Los-Ancelesdəki Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək keçiriləcək. 28 yaşlı Baylz üçün 2028-ci il Olimpiya Oyunları onun karyerasında dördüncü ola bilər.


12647 oxunub

InvestAZ