XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Fərid Qayıbov Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüşüb
İdman 16:33 / 22.04.2025

Aprelin 22-də gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Komitənin idmançıları və onların məşqçiləri də iştirak ediblər.

Nazir Fərid Qayıbov çıxış edərək Komitənin yeni rəhbərliyini təbrik edib, birgə layihələrin təşkili, regionlarda xüsusi ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Xüsusi Olimpiya Komitəsinin yeni sədri Vüqar Behbudov regionlarda bu sahədə kütləviliyin artırılması, Komitənin gələcək inkişaf strategiyasının hazırlanmasının əsas prioritetlər sırasında olduğunu qeyd edib.

Görüş çərçivəsində idmançılar və onların məşqçiləri iştirak etdikləri yarışlar, əldə etdikləri nəticələr barədə məlumat verib, gələcək yarışlarda iştirakın təmin edilməsinin, motivasiya baxımından davamlı dəstəyin vacibliyini vurğulayıblar.



11684 oxunub

InvestAZ