XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Yüksək Liqada finalçılar bu gün müəyyənləşə bilər
İdman 11:01 / 18.04.2025

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Cavab oyunlarında "Xilasedici” komandası "Azərreyl”, "Neftçi” isə "Murov Az Terminal” ilə qarşılaşacaq. Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Günün ilk oyunu saat 15:00-da, ikinci oyun isə 17:00-da başlayacaq.

Yarımfinalın ilk görüşlərində hər iki cütlükdə 3:0 hesabı qeydə alınıb. "Azərreyl” və "Murov Az Terminal” komandaları müvafiq olaraq "Xilasedici” və "Neftçi” üzərində qələbə qazanıblar. Beləliklə, bu gün də qalib gələcəkləri təqdirdə, hər iki kollektiv final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, Yüksək Liqada yarımfinal mərhələsi iki qələbəyədək davam edir. Əgər ikinci oyunlardan sonra komandalar hərəyə bir qələbə əldə etsələr və xallar bərabər olarsa, finala yüksələcək komanda "Qızıl set”in nəticəsinə əsasən müəyyənləşəcək.


3427 oxunub

InvestAZ