XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



İki şəhərdə Olimpiya idman kompleksləri tikiləcək
İdman 23:49 / 10.04.2025

Gəncə və Qəbələ şəhərlərində Olimpiya idman kompleksləri tikiləcək.

Bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində müvafiq işlərə start verilib.

Belə ki, nazirlik Gəncə Olimpiya İdman Kompleksinin tikintisi işlərini "Modern Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), Qəbələ Olimpiya İdman Kompleksinin tikintisini isə "The Best Constructions” MMC-yə həvalə edib və müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, nazirlik sözügedən işlərin müqabilində "Modern Construction” MMC-yə 8,3 milyon manat, "The Best Constructions” MMC-yə isə 7,3 milyon manat ödəyəcək.


14449 oxunub

InvestAZ