XƏBƏR LENTİ
16 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Avropa çempionatının II seçmə mərhələsi: Millimiz ilk oyunda məğlub oldu
İdman 18:18 / 12.03.2025

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

AFFA-dan verilən məlumata görə, B Liqasının 2-ci qrupunda yer alan komanda Lüksemburq yığması ilə üz-üzə gəlib. "ASCO Arena”da təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Bolqarıstan seçməsi Malta üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada Bolqarıstan seçməsinə qarşı keçirəcək.


11447 oxunub

InvestAZ