XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025



"Böyük Dəbilqə": ilk yarış günü iki bürünc medalla yadda qaldı
İdman 18:55 / 14.02.2025
Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk yarış gününü iki bürünc medalla başa vurublar. Dünya cüdo turunun Bakı mərhələsində komandamıza medalları Əhməd Yusifov (-60 kq) və Elşən Əsədov (-66 kq) qazandırıb. 
-60 kq çəki dərəcəsində qüvvəsini sınayan Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova qalib gəlib.  
Elşən Əsədov isə bürünc medal uğrunda qarşılaşmanın qızıl xal bölümündə özbəkistanlı Azizbek Ortıkovdan üstün olub. 
Bürünc medal uğrunda mübarizə aparan digər cüdoçumuz Balabəy Ağayev isə həlledici görüşdə belçikalı Jorre Verstraetenə uduzaraq yarışı mükafatsız başa vurub. 
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 32 idmançı ilə təmsil olunur.


11722 oxunub

InvestAZ