XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026



Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatdı 
İdman 02:11 / 13.02.2025
Futbol üzrə UEFA Çempionlar Liqasındapley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Mərhələnin ikinci oyun günündə azarkeşlər daha dörd qarşılaşma izləyiblər. Günün ilk oyununda Belçikanın "Brügge" komandası doğma meydandaİtaliyanın "Atalanta" klubuna minimal hesabla qalib gəlib -2:1. Günün digər oyununda"Feyenoord" Niderlandda İtaliyanın "Milan" klubunu1:0 hesabıilə məğlub edib. Şotlandiya "Seltik"i isə doğma meydanda Almaniyanın "Bavariya" klubuna 1:2 hesabı ilə uduzub. Günün digər maraqla gözlənilən oyununda isə Portuqaliya təmsilçisi "Benfika"səfərdə Fransanın"Monako" klubu üzərində qələbə qazanıb -0:1. Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmalarına fevralın 18-də start veriləcək.
13415 oxunub

InvestAZ