XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Azərbaycan çempionatında final həyəcanı başlayır
İdman 10:03 / 13.02.2025

Bu gün şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin oyunlarına start veriləcək.

Finala vəsiqə uğrunda görüşlərdə kişilər arasında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə isə Teymur Rəcəbovla Misrətdin İskəndərov üz-üzə gələcək.

Qadınların mübarizəsində isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda münasibətlərə aydınlıq gətirəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə üçüncü yer uğrunda qarşılaşmada mübarizə aparacaqlar.

Bu cütlər arasında ikinci partiyalar fevralın 14-də keçiriləcək.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.


15073 oxunub

InvestAZ