XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Azər Əsgərova BCF tərəfindən 6-cı dan və ağ-qırmızı kəmər təqdim olunub
İdman 17:13 / 30.11.2024

Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova Beynəlxalq Cüdo Federasiyası tərəfindən 6-cı dan, ağ-qırmızı kəmər və sertifikatı təqdim olunub. Azər Əsgərovun layiq görüldüyü 6-cı dan, ağ-qırmızı kəməri və sertifikatı ona cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı çərçivəsində onun şəxsi məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Şöhrət” ordenli Tərlan Həsənov təqdim edib.

Qeyd edək ki, "Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi olan Azər Əsgərov usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısıdır.

Ölkəmizdə idmanın inkişafına töhfə vermək məqsədi ilə "Judo Club 2012" idman klubunu yaradan Azər Əsgərov həmçinin respublikamızda cüdonun kütləviliyini və inkişafını artırmaq üçün Azərbaycan Cüdo Federasiyasının fəaliyyət istiqamətinə əlindən gələni əsirgəmir.

Xatırladaq ki, bu yaxınlarda Azər Əsgərov və "Azman Holdinq” şirkəti tərəfindən cüdo üzrə Olimpiya çempionları - Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevə, həmçinin məşqçilər Tərlan Həsənov və Elxan Məmmədova yeni mənzillərin orderləri təqdim edilib.


9004 oxunub

InvestAZ