XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



İdman gimnastlarımız Daşkənddə bürünc medal qazandılar
İdman 12:33 / 14.11.2024

Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət yığması Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Millimizin üzvləri "Velvet Road” adlı yarışda komanda hesabında bürünc medal qazanaraq, 3-cü yerin sahibi olublar.

Yığmanın heyətində Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonov yer alıblar.

Qeyd edək ki, turnirə noyabrın 16-da yekun vurulacaq.


17528 oxunub

InvestAZ