XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



ACF-in nümayəndəsi BOK-un diplomu ilə təltif edilib
İdman 10:41 / 04.11.2024

Azərbaycan Cüdo Federasiyasının (ACF) təhsil meneceri Orxan Oruczadə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Elit İdmanda Mental Sağlamlıq ixtisası üzrə təhsilini uğurla başa vuraraq diplomla təltif olunub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, diplom İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində keçirilən məzuniyyət mərasimində təqdim edilib. Bu təhsil proqramı yüksək səviyyəli idmançılara mental sağlamlıq sahəsində vacib bilik və bacarıqlar qazandırır, bu sahənin aparıcı mütəxəssisləri tərəfindən 10 ay ərzində tədris edilir.

Qeyd edək ki, O.Oruczadənin bu proqramda iştirakı Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilib.



17440 oxunub

InvestAZ