XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



“İlin ən yaxşı”larının seçimi üçün səsvermə başlayır
İdman 13:12 / 31.10.2024

"World Athletics” uzun məsafəyə qaçan idmançılar arasında "ilin ən yaxşı”larının seçimi üçün xüsusi siyahı tərtib edib.

Qadın atletlər arasında qısa siyahıya Olimpiya çempionu Sifan Hasan (Nideland), dünya rekordçusu Rut Çepngetiç (Keniya), Tokio marafonunun qalibi Sutume Asefa Kebede, Berlin marafonunun çempionu Tigist Ketema (hər ikisi Efiopiya) və 5 və 10 km məsafələr üzrə dünya rekordçusu Agnes Jebet Ngetich (Keniya) daxildir.

Kişi marafonçularının siyahısına yarımmarafonda dünya rekordçusu Yomif Kejelça (Efiopiya), kross qaçışı üzrə 2024-cü il dünya çempionu Yakob Kiplimo (Uqanda), Tokio marafonunun qalibi Benson Kipruto (Keniya), 20 km məsafəyə yürüşdə Olimpiya çempionu daxil edilib. Brayan Daniel Pintado (Ekvador) və marafon üzrə Olimpiya çempionu Tamirat Tola (Efiopiya) da əsas namizədlər sırasında yer alıb.

Mükafat iştirakçıları üçün səsvermə noyabrın 4-də rəsmi olaraq «World Athletics» resurslarında başlayacaq.


9677 oxunub

InvestAZ