XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Klassiklərimiz Gimnaziadanı 10 medalla başa vurdular
İdman 21:53 / 30.10.2024

Azərbaycanın yunan-Roma güləşçiləri Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadanı 10 medalla başa vurublar.

Yarışa böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında yollanan komandamızın 13 üzvündən 10-u fəxri kürsüyə qalxıb.

Mikayıl İsmayılov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Nihat Bəhmənov (51 kq), Əmrah Əmrahov (55 kq), Akif Nəcəfli (65 kq) və Yusif Əhmədli (71 kq) gümüş medal qazanıb. Turan Daşdəmirov (55 kq), Nihat Tağıyev (60 kq) və Emil Abasov (80 kq) isə bürünc medal əldə edib.

Millimiz 185 xalla komanda hesabında ikinci yeri tutub.

Qeyd edək ki, Gimnaziadada daha öncə sərbəst güləşçilər 11 (1 qızıl, 2 gümüş, 8 bürünc), qızlar isə 3 (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanıb.


9115 oxunub

InvestAZ