XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Azərbaycan İslam Ölkələrində Hokkeyin İnkişafı Təşkilatına üzv olmaq üçün müraciət edib
İdman 10:53 / 28.08.2024

Azərbaycan və Qətər İslam Ölkələrində Hokkeyin İnkişafı Təşkilatına üzv olmaq üçün ərizə təqdim edib.

Bu məsələnin təşkilatın növbəti onlayn konqresində müsbət həll olunacağı gözlənilir.

İslam Ölkələrində Hokkeyin İnkişafı Təşkilatı 2023-cü ildə Kazanda (Rusiya Federasiyası) Yaxın Şərq, Asiya və Afrika ölkələrinin hokkey federasiyalarının nümayəndələrinin iştirakı ilə işçi qrupunun ilk iclasında yaradılıb. Hazırda təşkilata 17 ölkə daxildir.

Qeyd edək ki, İslam Ölkələrində Hokkeyin İnkişafı Təşkilatının iştirakçıları 2025-ci il üçün nəzərdə tutulan idman tədbirlərinin ətraflı planını əldə ediblər. Buraya real idman yarışları və kompüter oyunlarını birləşdirən fiziki idman növlərinin inkişafı daxildir. Təşkilat, həmçinin üçə üç (3x3) hokkey formatını təbliğ edir və gələn ilin may ayında turnir keçirməyi planlaşdırır.


17725 oxunub

InvestAZ