XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Güləş Federasiyasının prezidenti Olimpiya mükafatçısını təbrik etdi
İdman 02:06 / 11.08.2024

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Paris-2024 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında bürünc medal qazanmış Giorgi Meşvildişvilini (125 kq) təbrik edib.

Federasiya prezidenti bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Parisdə Azərbaycan güləş yığmasının ikinci medalı qazanıldığını bildirib: "Olimpiya Oyunlarında güləşdə ikinci medalımızı qazandıq. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik".

Qeyd edək ki, 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Baranı məğlub edərək Paris-2024-ün bürünc medalına sahib çıxıb.


24837 oxunub

InvestAZ