XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Paris-2024: "Azərbaycan Olimpiya Evi"ndə idmançılarımızın qələbəsinə həsr olunmuş görüş keçirilib
İdman 12:01 / 09.08.2024

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində idmançılarımızın qələbəsinə həsr olunmuş görüş keçirilib.

Görüşdə Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız Qaşım Maqomedov və Həsrət Cəfərov alqışlarla qarşılanıblar. Tədbir iştirakçıları idmançılarımızı qələbələri münasibətilə təbrik edib, onlarla qürur duyduqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Olimpiya Komandasının üzvləri, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər. Qonaqlar arasında Parisdə ikiqat Olimpiya çempionu titulunu qazanmış Filippin gimnastı Karlos Yulo da iştirak edib və Azərbaycan idmançıları ilə qələbə təəssüratlarını bölüşüb.

Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Kazımovun ifasında müxtəlif Azərbaycan musiqiləri səsləndirilib.



14479 oxunub

InvestAZ