XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Şahmatçımız Fransada çempion oldu
İdman 13:43 / 10.06.2024

Azərbaycanlı zəka sahibi Rauf Məmmədov Fransa çempionu adını qazanıb. 

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 8 komandanın mübarizə apardığı birincilik 7 tur davam edib.

Yekunda heyətində azərbaycanlı şahmatçı R.Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Qrosmeyster 6 oyunda iştirak edib. O, 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.


546 oxunub

InvestAZ