XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Çaparımız beynəlxalq yarışda kubokun sahibi oldu
İdman 16:02 / 04.06.2024

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda kubokun sahibi olub.

Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,Belçika, Fransa, İsveçrə və İrlandiya daxil olmaqla, ümumilikdə 21 ölkənin iştirak etdiyi turnirin final mərhələsinə yüksələn idmançı rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq buna nail olub.

Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılan Aqata Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.


19552 oxunub

InvestAZ