XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Vətən müharibəsi şəhidinin xatirəsinə güləş turniri keçirilib
İdman 12:16 / 20.05.2024

44 günlük Vətən Müharibəsinin şəhidi Zeynal Şahhüseynlinin xatirəsinə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Masallı rayon turniri keçirilib. 100-ə yaxın idmançının qüvvəsini sınadığı yarışda ilk üç yeri tutan idmançılar turnirin təşkilatçısı olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar. Mərasimdə şəhid valideynləri və müharibə veteranları da iştirak ediblər.

Qeyd edək ki, Zeynal Şahhüseynli 1998-ci ildə Masallı şəhərində dünyaya göz açıb. 44 günlük Vətən Müharibəsinə könüllü yollanan qəhrəmanımız Füzuli istiqamətdə gedən döyüşlərdə güllə yarası alıb. Bakı Şəhər Hərbi Hospitalda bir müddət müalicə olunan Zeynal Şahhüseynli 2021-ci il iyunun 5-də komaya düşüb, həmin il iyunun 16-da şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra dövlət tərəfindən "Cəsur döyüşçü”, Cəbrayılın və Füzulinin azadlığı uğrunda medallarına layiq görülüb.


14446 oxunub

InvestAZ