XƏBƏR LENTİ
08 May 2024
07 May 2024
06 May 2024



Cüdoçumuz Dubrovnikdə bürünc medal qazandı
İdman 10:54 / 08.04.2024

Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku yarışı keçirilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 28 ölkədən 350 (238 kişi, 112 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası yalnız 6 qadın cüdoçu ilə təmsil olunub. Cüdoçularımızdan yalnız Aytac Qardaşxanlı mükafatçılar sırasında yer alıb. -63 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız bürünc medala layiq görülüb.


1636 oxunub

InvestAZ