XƏBƏR LENTİ
06 May 2024
05 May 2024
24 Aprel 2024
23 Aprel 2024



Ağırlıqqaldıranımız lisenziya yarışında beşinci yeri tutdu
İdman 18:17 / 31.03.2024

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokuna start verilib. 

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 atlet (235 kişi və 231 qadın) iştirak edir. Yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar. Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Nazilə İsmayılova (45 kq) başlayıb. Millimizin üzvü ümumilikdə 127 kq (55 kq + 72 kq) nəticə ilə 5-ci yeri tutub.

Turnirə aprelin 11-də yekun vurulacaq.



2415 oxunub

InvestAZ