XƏBƏR LENTİ
06 May 2024
05 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024



İki aparıcı şirkət birgə sürət götürür  
İdman 20:49 / 30.03.2024

"Lola” şirkəti "Yamaha” ilə üzunmüddətli texniki əməkdaşlığa, həmçinin 2024/2025 mövsümündə Formula E-də iştiraka başladığını elan edib. Bu barədə xəbəri "Lola”nın yarış bölməsinin rəhbəri Mark Preston,İdarə heyətinin sədri Till Bechtolschmeier və "Yamaha”nın direktoru Heiji Maruyama şərh edib.

"Biz Formula E-də iştirak etməkdən məmnunuq. Bizim üçün bu, loqotipimizi yarış meydançasına yenidən qaytarmaqdan böyük şərəfdir.Şirkətimiz şassinin inkişafı və aerodinamikasında zəngin tarixə malikdir. "Yamaha” ilə layihə bizə gələcəyin yarış texnologiyalarının yaradılması üzrə daha böyük planlarınəsasını qoyaraq, unikal elektrikləşdirilmiş platforma hazırlamağa imkan verəcək”, - Formula E portalı Prestondan sitat gətirib.

"Yamaha ilə əməkdaşlığa başladığımız üçün çox şadıq. Dünyanın ən innovativ avadanlıq istehsalçılarından biri tərəfindən bu cür əhəmiyyətli layihə üçün tərəfdaş kimi seçilməkdən məmnunuq”, - Bechtolschmeierin sözlərini Formula E portalı sitat gətirib.

"”Yamaha” davamlı inkişafı təşviq edən müxtəlif texnologiyaların inkişafını sürətləndirir. Texniki tərəfdaş olaraq "Formula E”də iştirakımız nəticəsində daha təkmil elektrik texnologiyasıəldə edəcəyimizə ümid edirik. Biz həmçinin "Lola”nın dayanıqlı avtoidmanla bağlı yeni fəlsəfəsini bölüşürük. Onlarla bu tərəfdaşlığa başlamaqdan şərəf duyuruq”, - deyə Formula E portalı Maruyamanın sözlərini diqqətə çatdırıb.


1454 oxunub

InvestAZ