XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Prezident Kuboku-2024” yenidən Avropa Kanoe Assosiasiyasının təqvimində
İdman 13:22 / 01.03.2024

Avropa Kanoe Assosiasiyası (ECA) "Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF)mətbuat xidmətindən verilən məlumata görə, təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar Bakıya aprelin 29-da gələcəklər.

Bir gün sonra Mingəçevirdə "Prezident Kuboku-2024” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq.

Mayın 1-i Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris və İdman Mərkəzində (OTİM) davam edəcək. Eyni gündə yarışların final görüşləri keçiriləcək.

ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı barədə məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.

Xatırladaq ki, "Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.



2844 oxunub

InvestAZ