XƏBƏR LENTİ
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



"Canavarlar" Dibalanı buraxmaq istəmir
İdman 12:22 / 28.02.2024

İtaliyanın "Roma" klubu argentinalı hücumçu Paulo Dibala ilə müqaviləni uzatmağa hazrılaşır. Bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin məlumatına görə, Dibalanın müqaviləsində 12 milyon avroluq sərbəst qalma maddəsi var. Bu müddəa yalnız xarici klublar üçün keçərlidir. "Roma” bu müddəanı aradan qaldırmaq, 2025-ci ildə başa çatan müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamaq istəyir.

Məlumat üçün bildirək ki, 30 yaşlı Paulo Dibala İtaliya A Seriyasının cari mövsümündə 18 oyun keçirib. Onun aktivində 11 qol və 6 məhsuldar ötürmə edib.


18416 oxunub

InvestAZ