XƏBƏR LENTİ
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Stolüstü tennisçilərimiz Afrikaya yollanıblar
İdman 15:19 / 27.02.2024

Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq yarışda iştirak edəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız dünya seriyalı "WTT Youth Contender” turnirində mübarizə aparacaq.Əlcəzairin paytaxtı Əlcəzair şəhərində təşkil olunacaqyarışda komandamızın 8 idmançısıbacarığını nümayiş etdirəcək. Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıb. Sabah start veriləcək yarışa martın 2-də yekun vurulacaq.


20281 oxunub

InvestAZ