XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazanıblar
İdman 23:32 / 11.02.2024

Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar.

"European Cadet, Junior&21 Karate Championship” yarışında 49 ölkədən 1166 idmançı iştirak edib.

Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar.

Daha iki idmançımız - Osman Osmanli (+84 kq) və Cahangir Qayıbov (+70 kq) isə gümüş medalla sahib olublar.

İdmançılarımız Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərov isə (52 kq) bürünc medal qazanıblar.

Çempionat hakimlərimiz üçün də uğurlu olub. Beynəlxalq dərəcəli iki azərbaycanlı hakimin də kateqoriyaları artırılıb.


20369 oxunub

InvestAZ