XƏBƏR LENTİ
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Boksçularımız Beynəlxalq turnirdə 14 medal qazanıblar
İdman 15:28 / 11.06.2019


Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Gənclərdən ibarət komandamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərlik etdiyi komanda qonşu ölkədə 4 qızıl, 2 gümüş və 8 bürünc medal qazanıb. Turnirdə Mərkəzi Ordu İdman Klubunun təmsilçiləri də iştirak ediblər.
Yeni məşqçilər korpusunun ilk sınağında Maqsud Xasmetov (52 kq), Rəşid Həsənov (64 kq), Murad Allahverdiyev (81 kq) və Əhməd Əhmədov (91 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əli Zamanov (52 kq) və Rüfət Nəbiyev (75 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Komandamızın digər boksçularından Ruslan Qədirov, Həsənağa Fətullayev (hər ikisi 49 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Samir Nəsirov (69 kq), Həsən Osmanlı (81 kq), Akif Həsənov (81 kq) və Fuad Cəfərov (91 kq-dan yuxarı) bürünc medala sahib olublar.
Yığmamız bu nəticə ilə turnirdə komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, yarışda ev sahibləri 2 komanda ilə mübarizə aparıblar. Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan milliləri ən güclü idmançılarla turnirdə çıxış ediblər.

74029 oxunub

InvestAZ