XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Komandamız Avropa çempionatına 18 cüdoçu ilə yollanacaq
İdman 12:43 / 11.06.2019


İyunun 27-29-da Polşanın paytaxtı Varşavada kadetlər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Qitə çempionatında Azərbaycanı 18 cüdoçu (10 oğlan, 8 qız) təmsil edəcək. Belə ki, oğlanların yarışında İsmayıl Qənbərli (50 kq), Nicat Məmmədli, Kamran Süleymanov (hər ikisi 55 kq), Turan Bayramov, Çingiz Fəttahov (hər ikisi 60 kq), Mətin Rzazadə, Nahid İsmayılov (hər ikisi 66 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 73 kq), Hüseyn Məmmədov (90 kq-dan yuxarı) mübarizə aparacaqlar. Qızların yarışında isə Nigar Şahməmmədova (40 kq) , Könül Əliyeva, Lətifə Abbasova (hər ikisi 44 kq), Səbinə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Aytac Əliyeva (63 kq) və Nərmin Əmirli (70 kq) güclərini sınayacaqlar.
Turnirdə 35 ölkədən 400-ə yaxın idmançı iştirak edəcək.

31643 oxunub

InvestAZ