XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Güləşçilərimiz təlim-məşq toplanışında
İdman 10:09 / 07.06.2023

Yunan-roma güləşi üzrə böyüklərdən ibarət milli komandamız növbəti təlim-məşq toplanışına start verib. Göygöl Olimpiya İdman Kompleksində məskunlaşan yığmamız iyunun 18-dək xüsusi fiziki hazırlığı əhatə edən toplanış keçəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 26 güləşçi təlimdə iştirak edir.

Gündəlik iki məşqin olduğu hazırlıq prosesi ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı əsasında həyata keçirilir.

Qadınlardan ibarət millimizin bir neçə üzvü isə Rumıniyanın paytaxtı Buxarestə yollanır. Baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) iyunun 19-dək Buxarestdə başqa ölkələrin güləşçiləri ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, hər iki millimizin təlim-məşq toplanışı sentyabrın 16-dan 24-dək Serbiyada keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlıq xarakteri daşıyır.


18610 oxunub

InvestAZ