XƏBƏR LENTİ
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Dünya kubokunda ölkəmizi Selcan Mahsudova təmsil edəcək
İdman 13:07 / 19.01.2023

Fevralın 18-19-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışı keçiriləcək.Turnirdə ölkəmizi Selcan Mahsudova təmsil edəcək.

Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.



28624 oxunub

InvestAZ