XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar
İdman 10:30 / 19.01.2023

Azərbaycanın sumo güləşçiləri Macarıstanın Erd şəhərində keçirilən beynəlxalq kubok yarışında 13 medal qazanıblar. Yarışda 7 idmançı ilə təmsil olunan millimiz 3 qızıl, 3 gümüş və 7 bürünc medala sahib çıxıblar.

Böyüklər arasında Camal Feyziyev 115 kiloqramdan dan yuxarı çəki dərəcəsində birinci, mütləq çəkidə üçüncü yeri tutub. Sadiq Ağamaliyev (115 kq) bürünc, mütləq çəkidə gümüş medala layiq görülüb. Xəyyam Abdullayev (70 kq) üçüncü yerlə kifayətlənib.

Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədzadə (85 kq) və Rüfət Hacıyev (65 kq) bürünc medal qazanıblar.

A.Şıxbabayev və R.Hacıyev yeniyetmələr kateqoriyasında turnirin qalibi, R.Bəxtiyarov və N.Məmmədzadə üçüncü olublar.


21625 oxunub

InvestAZ