XƏBƏR LENTİ
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Nazir növbəti görüşün keçirib
İdman 19:00 / 26.11.2022

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin strukturuna daxil olan olimpiya idman komplekslərinin, digər idman qurğularının və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir görüşün məqsədinin paytaxtda, eləcə də bölgələrdə idman qurğularının, Olimpiya idman komplekslərinin, həmçinin UGİM-lərin fəaliyyətinin daha səmərəli təşkil edilməsi olduğunu söyləyib. Bunun üçün də onların bir-biri ilə əlaqəli fəaliyyəti təmin edilməli, kadr məsələləri diqqət mərkəzində saxlanılmalıdır.

Sosial media, marketinq sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi, idman qurğularında olan avadanlıqların qorunub saxlanması və onlara vaxtlı-vaxtında düzgün texniki qulluqların göstərilməsi, hovuzların il ərzində səmərəli fəaliyyətinin təmin edilməsi və digər məsələlər müzakirə olunub, komplekslərin hazırkı fəaliyyəti və vəziyyətləri barədə hesabat dinlənilib. Həmçinin Olimpiya komplekslərinin mehmanxana fəaliyyətlərinin müasir standartlara uyğun qurulması yönündə görülən işlər barədə məlumat verilib. Nazirliyin strukturunda olan UGİM-lərin vəziyyəti barədə də hesabat təqdim olunub. Kompleks direktorları və UGİM rəhbərlərini narahat edən məsələləri dinləyən nazir bu sahədə müvafiq tövsiyələr verib.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov və nazirliyin digər əməkdaşları da iştirak ediblər.


39402 oxunub

InvestAZ