XƏBƏR LENTİ
27 Noyabr 2025
26 Noyabr 2025
25 Noyabr 2025
24 Noyabr 2025
23 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025



Basketbol millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
İdman 10:44 / 27.11.2025

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qarşılaşma Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, yığmamız noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.


463 oxunub

InvestAZ