XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026



Federasiyanın vitse-prezidenti cüdoçularla görüşdü
İdman 18:50 / 13.06.2021
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Şahdağda təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandanın üzvləri ilə görüşüb. Əvvəlcə yığmanın baş məşqçisi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədov gələn ay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin milli üzvləri Olimpiya oyunlarında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara gələcək nüfuzlu yarışda uğurlar arzulayıb.

Qeyd edək ki, cüdoçular Qusardan sonra Bakıda, Xorvatiyada və Rusiyada da təlim-məşq toplanışları keçəcəklər.

28693 oxunub

InvestAZ