XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021



AMADA beynəlxalq layihəyə başlayıb
İdman 11:07 / 11.05.2021
Mayın 10-11-də Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin 53-cü (CAHAMA) görüşündə Azərbaycanın nümayəndəsi, gender bərabərliyi məruzəçisi və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) rəhbəri Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olması və gender balansının dopinqlə mübarizənin idarə edilməsində xüsusi əhəmiyyətini vurğulayıb.
AMADA rəhbəri Şəfəq Hüseynli deyib: "Hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmalıdır”.
Ş.Hüseynli Avropa Şurası ölkələrinin və Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumların arasında gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədlərinin və daxili qaydaların təhlil edilməsi və bununla əlaqədar yekunda tövsiyə xarakterli sənədin hazırlanmasıdır.
Bu layihə müsbət qarşılanaraq Azərbaycana xüsusi təşəkkür bildirilib və Ş.Hüseynliyə layihənin daha da genişləndirilməsi və Avropa Şurası ilə birgə layihənin həyata keçirilməsi təklif olunub. Nəticədə, Ş.Hüseynli Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başlayıb.
AMADA antidopinq sahəsində artıq ikinci irimiqyaslı layihəyə rəhbərlik edir. Birinci layihə idmançıların hüquqlarının qorunması ilə bağlı 50-dən çox ölkəni əhatə edən antidopinq icraatı zamanı idmançının ədalətli dinləməyə çıxışı barədə araşıdırmalarla bağlıdır. Birinci layihənin icrası hazırda davam edir.
Qeyd edək ki, Ş.Hüseynli 2019-cu ilin oktyabrında CAHAMA-nın görüşündə Gender Bərabərliyi Məruzəçisi seçilib.

2179 oxunub

InvestAZ