XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026



Cəlilabadda yunan-Roma güləşi üzrə rayon turniri keçirilib
İdman 22:40 / 29.12.2025

"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Cəlilabad rayon turniri keçirilib. 

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə

keçirilən turnir böyük maraqla qarşılanıb. Uşaq-Gənclər İdman Şahmat Məktəbinin idman bazasında təşkil edilən turnirdə 14 çəki dərəcəsi üzrə 103 idmançı qüvvəsini sınayıb. Qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


4605 oxunub

InvestAZ