"Roma"nın hücumçusu Paulo Dibala Argentinanın "Boka Xuniors" klubundan transfer təklifi alıb.
Olimpiyadunyasi.com tanınmış insayder Fabritsio Romanonun sosial mediadakı məlumatına istinadən xəbər verir ki, Argentina klubunun rəhbərliyi Dibalanı 2026-cı ildə transfer etməyi ümid edir. Lakin hücumçunun özü vətəninə qayıtmaq istəmir. O, qərarını mövsümün sonunda verəcək.
Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. 32 yaşlı futbolçu bu mövsüm 13 matçda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsi iyun ayında başa çatır.
268 oxunub