Bu gün futbol üzrə Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı keçiriləcək.
"Bank Respublika Arena"da təşkil olunacaq oyunun start fiti saat 19:30-da səslənəcək.
Oyunun baş hakimi FIFA dərəcəli hakim Elçin Məsiyev olacaq.
Qeyd edək ki, hazırda "Qarabağ" klubu 33 xalla turnir cədvəlinin birinci, 31 xalı olan "Sabah" klubu isə ikinci pilləsində qərarlaşıb.
363 oxunub