XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Bu gün futbol dünyasının diqqəti Dohaya yönələcək
İdman 13:26 / 16.12.2025
Bu gün Qətərin paytaxtı Dohada FİFA-nın ilin ən yaxşı kişi və qadın oyunçuları üçün mükafatlandırma mərasimi keçiriləcək.
Kişilər arasında ən yaxşı futbolçu adı uğrunda Fransadan Usman Dembele, Mərakeşdən Aşraf Hakimi, Portuqaliyadan Nuno Mendeş və Vitinya (hamısı PSJ, Fransa), İngiltərədən Harri Keyn (Bavariya, Almaniya), Fransadan Kilian Mbappe ("Real Madrid", İspaniya), İngiltərədən Koul Palmer ("Çelsi", İngiltərə), İspaniyadan Pedri və Lamin Yamal, Braziliyadan Rafinya (hamısı "Barselona", İspaniya) və Misirdən Məhəmməd Salah ("Liverpul", İngiltərə) mübarizə aparırlar.
Qadın namizədlər arasında Fransadan Sandi Baltimor, İsveçdən Natali Byornn, İngiltərədən Lusi Bronz və Lauren Ceyms (hamısı "Çelsi"), İspaniyadan Aitana Bonmati, Patri Guijarro, Klaudia Pina və Aleksia Putellas, Polşadan Ewa Pajor (hamısı "Barselona"), İspaniyadan Mariona Kaldenti, İngiltərədən Şloy Kelli, Alessia Russo və Leah Uilliamson (hamısı "Arsenal", İngiltərə), Malavinin Temwa Çawinga ("Kansas City", ABŞ), Fransadan Diani Kadidiatou, Haitidən Melçi Dumorne və ABŞ-dan Lindsey Heaps (hamısı "Lyon", Fransa) var.
Dohada keçiriləcək tədbir Bakı vaxtilə saat 21:00-də başlayacaq.
3639 oxunub

InvestAZ