XƏBƏR LENTİ
18 Dekabr 2025
17 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025



Cənubi Amerika təmsilçisi mündialdan kənarda qala bilər
İdman 18:56 / 18.12.2025
Məlumdur ki, Surinam milli komandası futbol üzrə dünya çempionatına çıxmaq şansını hələ də qoruyur. 
Olimpiyadunyasi.com xəbər verir ki, Cənubi Amerika təmsilçiləri bu imkandan məhrum oluna bilərlər. Səbəb yerli futbol federasiyasının fəaliyyətində ciddi problemləri aşkar edən FİFA-nın sanksiyalarıdır. Xüsusilə, federasiya prezidentinin seçkiləri zamanı qanun pozuntularına dair əsaslı şübhələr yaranıb. Ona görə də Surinam komandasının vəziyyəti həll etmək üçün mart ayına qədər vaxtı var. Əks halda onlar bu mübarizədən kənarda qala bilərlər.
Məlumat üçün bildirək ki, Surinam pley-offa vəsiqə qazanarsa, əvvəlcə Meksikada Boliviya, daha sonra İraqla qarşılaşacaq. 
 

344 oxunub

InvestAZ